Uşaqlara çox yemək istədikləri, amma dişləri batmayan bərk armudu yumşaltmaq üçün qaynadıb yedirtmək də çox faydalıdır.
Bəlkə çoxunuz bu cür qaynamış meyvələrdən yemisiniz. Bol məhsulu olan ağacların budaqları bəzən ağırlıqdan tab gətirməyib qırılır, bunun üçün də israfçılıq edib meyvələri atmayın. Bu qayda ilə qaynadıb həm özünüz, həm də uşaqlarınızla birlikdə nuş edin.
Tərkibi:
Armud
Su
Duz
Hazırlanması:
Armudlar yuyulur.
Qazana yığılıb üzərinə azca su əlavə edilib zəif od üzərində qapağı bağlanaraq qaynadılır.
Qaynadılmış armudlar qaba yiğilib soyudulur.
Dilimləyib üzərinə azca duz səpilir.
Nuş olsun!