Tərkibi:
3 ədəd yumurta
1 st şəkər tozu
1 st un
150 q "Möcüzə" paket yağı
100 qr xama
2 ç/q qabartma tozu
2 st qarğadalı lopası
Hazırlanması:
Yağla şəkər tozu çalınır.
Yumurta bir-bir əlavə edilib çalınır.
Xama və qabartma tozu əlavə edilib çalınır.
Qarğadalı lopaları əlavə edilib qaşıqla qarışdırılır.
Un əlavə edilib ehmalca qaşıqla qarışdırıb 10 dəqiqə dincəldilir.
Hazır kütlə formaya əlavə edilib 180-200 dərəcədə isidilmiş sobada hazır olana qədər bişirilir.
İstəyə uyğun keksi bəzəyib süfrəyə verə bilərsiniz.
Nuş olsun!