Tərkibi:
150 qr peçenye ( ovulan )
150 qr yulaf ( Nordik )
3 x/q kakao
200 qr "Möcüzə" paket yağı
100 qr qoz və ya fındığ
Üzərinə 1 :
400 qr qaynadılmış qatılaşdırılmış süd
50 qr "Möcüzə" paket yağı
4 x/q yağlı xama
Üzərinə 2 :
100 qr şokolad
100 qr qaymaq
20 qr "Möcüzə" paket yağı
Hazırlanması:
Yulaf biraz qovrulur sora üyüdülür.
Dərin qaba ovuntu peçenye, xırdalanmış qoz və ya fındıq, kakao, üyüdülmüş yulaf, yumuşalmış yağ əlavə edilib yaxşıca qarışdırılır.
Yağlanmış formaya kütləni yaxşıca yayırıq, 30 dəqiqə soyuducuda saxlayırıq.
Birinci qatı hazırlamaq üçün qaynadılmış qatılaşdırılmış südə yağ əlavə edərək odun üzərində dayanmadan qarışdırılır 7-8 dəqiqə.
Soyudulub üzərinə xama əlavə edilib çalınır.
Soyuducudakı kütlənin üzərinə hərtərəfli yayıb yenidən soyuducuya qoyulur.
Şokoladın üzərinə qaymaq əlavə edilib əriyənə qədər qarışdırılır, yağ əlavə edilib, qarışdırılıb odun üzərindən götürülür.
Soyuducudakı kütlənin üzərinə hərtərəfli yayıb bir gecə soyuducuda saxlayırıq.
Pirojnaları istəyə uyğun dilimləyib, zövqə uyğun bəzəyib süfrəyə verə bilərsiniz.
Nuş olsun!
(Tərcümə olunub)