Tərkibi:
400-500 qr un
1 yumurta sarısı
1 ç/q sirkə
2 x/q "Möcüzə" duru yağı
1 ç/q duz
Su
İçlik:
300-400 qr kartof
200 qr kəsmik
Duz, istiot
0,5 dəstə şüyüd
Qızartmaq üçün "Möcüzə" duru yağı (qarğıdalı)
Yaymaq üçün nişasta
Hazırlanması:
Dərin qaba xəmir üçün olan ərzaqlar əlavə edilib xəmir yoğrulur üzərinə sellefon çəkib 30 dəqiqə dincəldilir.
Kartof qaynadılır, püre hazırlanılır, üzərinə kəsmik, doğranmış şüyüd duz, istiot əlavə edilib qarışdırılır.
Xəmir hissələrə ayrılıb yayılır, nişasta səpilərək nazik yayılır və lent şəklində kəsilir.
İçlikdən qoyulur.
Şəkildəki kimi bükülür.
Bol yağda orta istilikdə hər iki üzü qızardılır.
Pirojkilərimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)