Tərkibi:
5-6 ədəd yumurta
1 st şəkər tozu
1 st un
2 x/q nişasta
2-3 x/q souq su
1 ədəd qabartma tozu
1 ədəd vanilin
Şərbət üçün:
1-1,5 st şəkər tozu
1-1,5 st su və ya süd
120 qr "Möcüzə"paket yağı
3x/q kakao
Üzərinə səpməyə:
Şokolad
Hazırlanması:
Yumurta şəkər tozu ilə ağarana qədər çalınır.
Vanil, qabartma tozu, soyuducudan çıxarılmış soyuq su, nişasta əlavə edilib çalınır.
Un əlavə edilib çalınır.
Forma yağlanıb un səpilir formaya əlavə edilir. 180 dərəcədə hazır olana qədər bişirilir.
Hazır olduqdan sonra soyudulur.
Bu vaxt ərzində şərbət hazırlanır. Bütün ərzaqlar qazana əlavə edilib qaynadılır.
Biskivit hər yerindən qalın çöplə deşilir.
Şərbət biskivitin üzərinə hərtərəfli səpilir.
Üzərinə şokolad sürtgəcdən keçirilib səpilir.
Piroqumuz hazırdır.
Əziz xanımlar, bu qayda ilə tort da hazırlaya bilərsiniz, çox dadlı alınır.