Qadin.NET / Osmanlı şərbətinin hazırlanması

Osmanlı şərbətinin hazırlanması

Osmanlı şərbətinin hazırlanması
Osmanlı şərbəti sarayın ən gözəl içkilərindən biri idi. Padşahın oğlan uşağı dünyaya gəldikdən üç gün sonra sədrazama və sarayın o hissəsində olan körpəni görməyə ziyarətə gələnlərə şərbət hazrladıb yollardı. Xüsusilə dəmir, gümüş və ya şüşə fincanlarda süfrəyə qoyulan şərbət yığıncaq və toy mərasimlərinin ən əhəmiyyətli içkisi idi. Hal-hazırda da bu ənənə davam edir. Doğuş şərbəti, lohusa şərbəti, nişan şərbəti kimi müxtəlif vəsaitlərdən hazırlanan içkilər ayaqlı fincanlara qoyulub ikram edilir. Osmanlı şərbətlərinin; almalı, qərənfilli, limonlu, qarağatlı, vişnəli kimi bir çox növü vardır. Mən sizlərlə güllü Osmanlı şərbətinin reseptini paylaşacağam. Siz istəsəniz sevdiyiniz meyvələr və ədviyyatları da qataraq başqa şərbət hazrlaya bilərsiniz. Soyuq şərbətlər isti yaz aylarında və xüsusilə də Ramazan ayında olduqca gözəl olur. Təbii və xoş ətirli bir içki üçün Osmanlı şərbətini hazrlayın.
Osmanlı şərbətinin hazırlanması
Osmanlı şərbəti üçün lazım olan ərzaqlar:
4 ədəd qurudulmuş gül yarpağı
2 yemək qaşığı gül suyu
4 yemək qaşığı şəkər
1 çay fincanı su
1 çay qaşığı limon suyu
Osmanlı şərbətinin hazrlanması:
Bir kasaya qurudulmuş gül yarpaqlarını qoyun və üzərinə limon suyunu əlavə edin, yarpaqları yaxşıca parçalayın. Daha sonra qaba gül suyu, şəkər və suyu da əlavə edin. Hamısını yaxşıca qarışdırın. Kasanın üzərini bağlayın. Soyuducuda ən az 5 saat gözlədin. Buz küplərlə fincanda için.
Osmanlı şərbətinin hazırlanması



15 may 2015
GO BACK