Ərzaqlar:
3 alma
3 yumurta
2 st. qatıq
Vanil
Azərduz yodlu narın xörək duzu,
250 qr. ərinmiş, ya da günəbaxan yağı
Qabartma tozu
Aldığı gədər un (3 st)
Hazırlanması:
Almaların qabığını soyub, sürtgəcdən keçirdikdən sonra yumurta ilə birlikdə möhkəm çalınır.
Qatıq ,vanil və duzu da əlavə edib , çalınır.
Yağı da az-az töküb, dayanmadan çalınır.
Qabartma tozunu unla qarışdırıb ələkdən keçirdikdən sonra kütləyə əlavə edib,qarışdırılır. Hazır kütlə 20 dəqiqə saxlanılır
Oladi bişirilən tava isti olmalıdır. Yağlanmış isti tavaya xəmir qaşıqla tökülür, bişməsi üçün tavanın qapağı örtülür.Bir tərəfi bişəndən sonra çevirib ikinci tərəfi də qızardılır.İkinci tərəfi bişirəndə tavaya qapaq qoyulmur.
Hazır oladilər zövqə görə bal,mürəbbə şirəsi və ya xama ilə süfrəyə verilir.
Nuş olsun!