Tərkibi:
2 st. un
1,5 st şəkər tozu
320 ml. süd
3 ədəd yumurta
200 qr. kəsmik
4 x.q. kərə yağı
Bir paket vanil
2 ç.q. qabardıcı
0,5 st kakao
100 qr. şokolad
Hazırlanması:
Kəsmiyi mikserlə qarışdırırıq,üzərinə yumurtaları qırıb qarışdırmağa davam edirik.
Süd,kərə yağı və vanili əlavə edib qarışdırırıq.
Başqa bir qabda un,qabardıcı,kakao və şəkəri qarışdırırıq.
Kəsmikli qarışığı bura əlavə edib qaşıqla asta-asta qarışdırırq.
Şokoladı sürtkəcdən keçirib təxminən bir stəkan rəndələnmiş şokolad əldə edirik və xəmirimizə əlavə edib qarışdırırıq.
Keks qablarını ya kərə yağı ilə yağlayırıq ya da qabların içinə keks kağızları qoyuruq.Keks qablarının 3də 2sini hazırladığımız məhlulla doldururuq.180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişiririk.
Və maffinlərimiz hazırdır.Nuş olsun!