Qadin.NET / Quymaq (foto resept)

Quymaq (foto resept)

Tərkibi.

2 x.q.un

1x.q.kərə yağı

yarım stəkan su

şəkər tozu

Azərduz yodlu narın xörək duzu,
istiot

Hazırlanması.
Tavanı qaza qoyub 1 qaşıq yağ atıb əridirik.
Yağ əriyəndən sonra 2 qaşıq un atıb unu qovururuq,rəngi qızılı rəng alana kimi.
 
Sonra üzərinə bir az duz əlavə edirik.
Unu yaxşı qovurduqdan sonra suyu əlavə edib qarışdırırıq.
Sonra isə vam xodda qoyub ,arada qarışdırmaq lazımdır.15 ya 20 dəqiqəyə qədər bişir.Bişdikdən sonra qaba tökürük,üstünə şəkər tozu,istiot səpirik.
Budur quymağımız hazırdı.Nuş olsun!!!

P.S.Əziz xanımlar!Bu quymağı mən yemirdim.Ailə qurandan sonra məcbur olub yedim.Nənələrimiz deyirmiş-quymaq yeyin ki, qarnınız qızsın.wink

Həmdə menustrasiya olanlar bir dəfə bunu hazırlayıb yesələr yaxşı olardı.fellow

27 aprel 2011
GO BACK