Tərkibi:
200 q. qoz
200 q. badam
200 q. findıq
200 q. yerfindiği
200 q. qaysı
200 q. qara gavalı
200 q. tumsuz xurma
100-150 q. küncüt
200 q. əncir qurusu da olar
darçin
Hazırlanması:
Əvvəlcə quru meyvələri yuyuruq.
Sonra xurmanın tumlarını çıxarırıq.
Indi qovrulmus ləpələri blenderdən keçiririk.
Sonra isə meyvə qurularını püre halına salın.
Indi hamisini bir yerdə yaxşı-yaxşı qarışdırırıq, və sonra isə mətbəx sellofanınin üzərinə qoyuruq.
Xəmir kimi yumrulayın. Daha sonra yayırıq.
Hazır qarışığı mətbəx sellofanına büküb 3-4 saat soyuducuya qoyuruq.
Bərkiyəndən sonra soyuducudan götürüb dördkünc formada, ya da kiçik hissələrə bölüb doğrayırıq.
Və çərəzli konfetlərimiz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)