Qadin.NET / Sobada sadə peraşki (foto resept)

Sobada sadə peraşki (foto resept)

Tərkibi:

500 qr un

200 qr "Möcüzə" paket yağı 

1 st süd

1 ç/q maya

Duz

İçlik üçün:

300 qr ət və ya toyuq döş əti

2-3 ədəd soğan

Duz

İstiot

Yağ

Hazırlanması:

Xəmir gecədən hazırlanıb sellefona bükülüb soyuducuya qoyulur.

 Səhər  xəmiri soyuducudan çıxarılıb 2-3 saat dincəldib istifadə edilir.

Sobada sadə peraşki (foto resept)

Ətlə soğan xırda doğranıb yağda qızardılır, duz istiot vurulur.

Sobada sadə peraşki (foto resept)

Xəmir yayılır, kvadrat şəklində kəsilir.

Sobada sadə peraşki (foto resept)

Ortasına içlik qoyulub üçbucaq şəklində bükülüb kənarları şəkildəki kimi bərkidilir.

Sobada sadə peraşki (foto resept)
Sobada sadə peraşki (foto resept)
Sobada sadə peraşki (foto resept)

Listə yığılıb 180 dərəcədə sobada hazır olana qədər bişirilir.

Peraşkilərimiz hazırdır.

Sobada sadə peraşki (foto resept)

Nuş olsun!

22 mart 2015
GO BACK