Tərkibi:
300 qr süd,
3 y.q şəkər tozu,
1 yumurta,
500 qr un,
1 ç.q maya,
50 qr "Möcüzə"paket yağı
1 ç.q duz,
1 litr "Möcüzə"duru yağı, (günəbaxan)
1 ç.q darçın, (zövqə görə)
1-2 alma (istədiyiniz meyvədən istifadə edə bilərsiniz)
Hazırlanması:
Xəmiri yumşaq yoğurmaq lazımdır. Xəmiri yoğurub qurtardıqdan sonra isti bir yerdə açımağa qoyuruq və üzərini basdırırıq.
Açıyana qədər gözlyirik.
Xəmirimiz acıdıqdan sonra onları şəkildə gördüyümüz kimi kəsirik və kündələr düzəldirik.
Kündələri bir-bir yayırıq.
Yaydığımız kündələrdən birini götürürük və balaca kubik şəklində doğradığımız almalardan ortasına qoyuruq və üzərinə az darçın səpirik.
Digər yaydığımız kündəni də onun üzərinə qoyuruq və bardağın ağzı ilə kəsirik.
Nəzərinizə çatdırım ki, bardağın ağzı nə çox böyük, nə də balaca olmamalıdır.
Dağ olunmuş duru yağda nar kimi qızardırıq.
Budur, almalı ponçiklərimiz hazırdır.
Nuş olsun!