Tərkibi:
Yumurta -3 ədəd
Pendir -50 qr
Xama -3 x.q
Çörək
Göyərti qurusu
Duz istiot -istəyə görə
Qızartmaq üçün "Möcüzə" qarğıdalı yağı.
Hazırlanması:
İlk əvvəl pendir sürtkəcdən keçirilir,üzərinə yumurta, xama, duz, istiot, göyərti qurusu vurulur.
Yaxşıca qarışdırılır.
Çörəklər bu qarışığa batırılır.
Yağda hər ikizi üzü qızardılır.
Pendirli qrenkilərimiz hazırdı. Nuş olsun!!!