Qadin.NET / Çərəz halqalar (foto resept)

Çərəz halqalar (foto resept)

Tərkibi:

2 böyük ölçülü soğan,

2 yumurta,

2 y.q. xama,

3 y.q. un,

1 y.q. nişasta,

Duz, istiot, qırmızı istiot zövqə görə,

0,5 litr "Möcüzə" duru yağı (günəbaxan).

Hazırlanma qaydası:

Çərəz halqalar (foto resept)

Soğanların qabıqları soyulur və yuyulur. Sonra şəkildə göründüyü qalınlıqda halqalar kəsilir.

Çərəz halqalar (foto resept)

Tərkib hissələri bir qaba əlavə olunur və yaxşı-yaxşı qarışdırılır.

Çərəz halqalar (foto resept)

Soğan halqaları hazırladığımız qarışığa batırılır. Elə batırmalıyıq ki, hər tərəfi qarışığa batsın. Siz bunu mətbəx maqqaşı ilə edə bilərsiniz.

Çərəz halqalar (foto resept)

Soğan halqalarımızı qızdırılmış duru yağda nar kimi qızrdırıq. Qızardıqdan sonra halqaları salfetka üzərinə qoyuruq ki, yağı özünə çəksin.

Çərəz halqalar (foto resept)

Budur, çərəz soğan halqalarımız hazırdır.

Nuş olsun!

6 mart 2015
GO BACK