Qadin.NET / Kəsmikli kətə(foto resept)

Kəsmikli kətə(foto resept)

Tərkibi:

Xəmir üçün:

Un -1kq.

Su

duz.

İçlik üçün:

Kəsmik -500 qr.

Nar-iki ədəd

Soğan -1 ədəd

Şüyüd.

Duz.

Yağlamaq üçün:

"Möcüzə"paket yağı.

Hazırlanması:

İlk olaraq un, duz, su birlikdə qarışdırılır, xəmir yoğrulur.15 dəqiqə gözlədilir.

Kəsmikli kətə(foto resept)

Bu arada içlik düzəldək. Soğan, şüyüd xırda doğranılır, kəsmiyə duz vurulub birlikdə qarışdırılır.

Kəsmikli kətə(foto resept)

Sonra təmizlənmiş nar vurub ehtiyatla qarışdırırıq. İçlik hazırdır.

Kəsmikli kətə(foto resept)

İndi isə xəmirdən kündələr tutulur.

Kəsmikli kətə(foto resept)

Kündələr yayılır, arasına içlik qoyulub bükülür.

Kəsmikli kətə(foto resept)
Kəsmikli kətə(foto resept)
Sacın üzərində qızardılır. Sacı olmayanlar tavada da qızarda bilər. İsti-isti yağlanılır.
Kəsmikli kətə(foto resept)
Kəsmikli kətə(foto resept)
Budur, artıq kəsmikli kətəmiz hazırdır.
Kəsmikli kətə(foto resept)
Nuş olsun!
29 yanvar 2015
GO BACK