Qadin.NET / Almalı, yulaflı oladilər (foto resept)

Almalı, yulaflı oladilər (foto resept)

Tərkibi:

3 ədəd yumurta

1 su stəkan yulaf (Qerkules)

1 st süd və ya süd zərdabı

Şəkər zövqə görə

1 çimdik duz

Apardığı qədər un

Qızartmaq üçün "Möcüzə" duru yağı

1 ədəd alma

Qida sodası yarım çay qaşığı

Sirkə 1 yemək qaşığı

Hazırlanması:

Yulaf ən azı 1 saat əvvəldən süddə və ya süd zərdabında isladılır.

Almalı, yulaflı oladilər (foto resept)

Sonra üzərinə yumurtalar və şəkər tozu əlavə edilib çalınır.

Almalı, yulaflı oladilər (foto resept)

Biskvit xəmiri qatılığında xəmir alınana qədər un əlavə edilib qarışdırılır.

Almalı, yulaflı oladilər (foto resept)

Soda sirkədə söndürülüb xəmirə qatılır.

Almalı, yulaflı oladilər (foto resept)

Almanın qabığı soyularaq nazik dilimlənir.

Almalı, yulaflı oladilər (foto resept)
Yaxud belə doğranılır.
Almalı, yulaflı oladilər (foto resept)

Xəmir qaşıq-qaşıq tavaya isti yağa tökülür. Hər xəmirin ortasına bir dilim alma qoyulur, üzərindən yenidən bir qaşıq xəmir tökülür.

Almalı, yulaflı oladilər (foto resept)

Hər iki üzü qızardılır.

Almalı, yulaflı oladilər (foto resept)
Salfetin üzərinə yığılır ki, artıq yağı hopsun.
Faydalı, vitaminli oladilərimiz hazırdır. Nuş olsun! 
 
Almalı, yulaflı oladilər (foto resept)


4 yanvar 2015
GO BACK