Qadin.NET / Kələmli piroq (foto-resept)

Kələmli piroq (foto-resept)

Xəmir üçün:

1 yumurta

10 q maya

2 st. un

500 q kefir

200-250 q marqarin

1-2 x.q mayonez

2 x.q şəkər

İçlik üçün:

700-800 q kələm

2 ədəd soğan 

3 ədəd yumurta

50 q "Möcüzə" duru yağı

Hazırlanması:

Əvvəlcə maya, un, yağ, yumurtanı bir yerə töküb qarışdırırıq.

Kələmli piroq (foto-resept)

Sonra mayonez, kefir əlavə edirik.

Kələmli piroq (foto-resept)
Çox yumşaq xəmir əldə edirik (yəni duru). 30 dəq saxlayaq ki özünə gəlsin.
Kələmli piroq (foto-resept)
İndi içliyi hazırlayaq. 
Kələmli piroq (foto-resept)

Kələm xırda doğranıb azca su əlavə edilib pörtlənir.

Kələmli piroq (foto-resept)

Ayrı qabda soğanı qızardırıq.

Kələmli piroq (foto-resept)

Suyu çəkilmiş kələmə əlavə edib qarışdırırıq.

Kələmli piroq (foto-resept)

 Bir az  belə qovururuq kələmi. 

Kələmli piroq (foto-resept)
Tam suyu çəkildikdən sonra yumurtasını, duz, istiotunu vururuq.
Kələmli piroq (foto-resept)

 Sobanın listinə yağ çəkirik.

Kələmli piroq (foto-resept)

Xəmirin bir hissəsini listə yayırıq.

Kələmli piroq (foto-resept)

İçliyi xəmirin üstündən yayırıq.

Kələmli piroq (foto-resept)
Kələmli piroq (foto-resept)

 İçliyin üzərindən də qalan xəmiri əlavə edib yayırıq.

Kələmli piroq (foto-resept)
Kələmli piroq (foto-resept)

 Sobada 60-70 dəqiqə müddətinə bişirilir.

Kələmli piroq (foto-resept)
Xanımlar, əgər sobanın qabı böyükdürsə, xəmir biraz artırılmalıdır.
Kələmli piroq (foto-resept)

İçlik əvəzi kəsmik və almadan da istifadə  etmək olar.
Nuş olsun!

17 dekabr 2014
GO BACK