Əziz Qadın.Netlilər, sizlərə qızlarımın, elə mənim də çox sevdiyim şokoladlı blinilərin bir neçə variantda hazırlanmasını təqdim edirəm. Ağız dadına və zövqünüzə görə ürəyiniz istəyəni hazırlaya bilərsiniz. Hətta öz yeni ideyalarınızı da bizimlə bölüşün.
Ərzaqlar:
Xəmir üçün:
400 ml süd
100 q qara şokolad
3 yumurta
0.5 st şəkər tozu
0.5 ç/q çay sodası
5 x/q "Möcüzə" duru yağı
1 x/q kakao tozu
Apardığı qədər un
İçlik üçün:
Zövqə görə müxtəlif təzə və quru meyvələr, kremlər ola bilər.
Hazırlanması:
Əvvəlcə isti süddə şokoladı əridirik.
Bir az un ilə kakao tozunu qarışıdıraraq birlikdə ələyirik.
Yumurtaları və şəkəri südə əlavə edib çaldıqdan sonra az-az una əlavə edərək qalışdırırıq.
Un azdırsa, yenə əlavə edirik. Xama qatılığında eynicinsli məhlul alınmalıdır.
Hazır və soyumuş bliniləri belə də yeyə bilərsiniz, çox ləzzətlidir. Daha fərqli ləzzətlər axtaranlar isə blinilərin üzərinə müxtəlif kremlər çəkib, soyulmuş banan, şaftalı, ərik, çiyələk və ya hər hansı başqa meyvə düzə bilərlər. Meyvəni qoz və ya fındıqla da əvəz etmək olar.
Sonra içlikli blinikləri rulet kimi büküb ərimiş şokolada batıra bilərsiniz.
Və ya qabıqsız alma ilə darçını şəkər tozu ilə qarışıdıraraq ocaqda bir az karamelizə edərək içlik kimi istifadə etmək olar.