Qadin.NET / Vafli səbətlər(foto resept)

Vafli səbətlər(foto resept)

Tərkibi:
200 q "Möcüzə" paket yağı
200 q şəkər tozu
5 ədəd yumurta 
3 xörək qaşığı kraxmal
150-200 q un
Hazırlanması:
Yağı şəkər tozu ilə birlikdə əzirik.

Yumurtanı əlavə edib yaxşıca qarışdırırıq.

Unu və karaxmalı əlavə edib yaxşıca qarışdırırıq.

Qızdırılmış vafli tavasına qarışımdan 1-2 x/q tökürük.

Hazır vafli qızılı rəngdə olmalıdır.

Hazır vaflini stəkanın arxa tərəfinə qoyub şəkildəki formaya salırıq.

Vaflinin səbətə daha çox oxşaması üçün üstündən başqa bir stəkanla basırıq.

Budur, vafli səbətlərimiz hazırdır. Hazır səbətin içinə istədiyiniz kremi qoyub meyvə dilimləri ilə bəzəyə bilərsiniz. Əlamətdar günlərdə süfrənizi bəzəyəcək vaflilərimiz hazırdır.

 

Vafli səbətlər(foto resept)

 

Nuş olsun!

(Tərcümə edilib)

15 noyabr 2014
GO BACK