Qadin.NET / Şokoladlı keks (foto resept)

Şokoladlı keks (foto resept)

Tərkibi:

2 yumurta

150qr kərə yağı

1,5şəkər tozu

1st süd

2st kakos (qoz,fındıq badam,)

Bir çimdik duz

Qabartma tozu

vanil

3st əla növ un

100qr şokolad

 

Bəzək üçün;

Şəkər kirşanı

Yarım qutu qaymaq və 60qr şokolad 

Şokoladlı keks (foto resept)

  BİSMİLLAH deyib ən əvvəl yumurtanın ağı sarısından ayrılır.Ağını mikserlə bərkiyənədək çalıb kənarda saxlamalı. 
Şokoladlı keks (foto resept)
 Otaq temperaturunda yumşalmış kərə yağını şəkərlə möhkəm-möhkəm ağarıb, iki qat artana qədər çalınır.

Şokoladlı keks (foto resept)

 Həmin kütlənin üzərinə yumurtanın sarısını bir-bir əlavə edib durmadan qarışdırmaq lazımdı.

 

Şokoladlı keks (foto resept)

 İlıq süd də asta-asta əlavə olunur.

Şokoladlı keks (foto resept)
 Zövqə görə seçilən  ləpə ovuntusunu+vanil və beze halında olan yumurtanın ağını da əlavə edərək mikserlə qarışdırılmalıdı.
Şokoladlı keks (foto resept)

 
Şokoladlı keks (foto resept)
Qabartma tozu və əla növ unu 2 dəfə ələdikdən sonra asta-asta kütlənin üzərinə töküb qaşıqla saat əqrəbinin əksi istiqamətdə qarışdırmaq lazımdı.
Şokoladlı keks (foto resept)
 Yağlanmış və unlanmış keks formasına hazır kütlənin  bir hissəsini töküb, xırda-xırda doğranıb, unlanmış şokolad dənələrini səpib, qalan hissən də üstünə əlavə edilir.
Şokoladlı keks (foto resept)

Keks  əvvəlcədən isidilmiş 200*li sobada ilk 30 dəqiqəsini açmamaq şərtilə  45dəqiqədə bişir.

 
Həmin arada keksin üstü ücün  parda şokoladı əridib+qaymaq birlikdə qarışdırıb sous hazırlanır.
Şokoladlı keks (foto resept)

 Hazır bişmiş keksin üzərinə şəkər kirşanı səpib,sokolad sousu ilə bəzədilir.
Şokoladlı keks (foto resept)
 

Nuş olsun.

Şokoladlı keks (foto resept)

22 fevral 2011
GO BACK