250 qr un
4 ədəd yumurta
25 ml süd
2 ədəd alma
200 qr Filadelfiya pendiri
1 portağal
250 qr şokalad
Bitki yağı
100 qr pudra şəkəri ilə yağ qarışdırılır və un əlavə edilir.
Xəmirə 2 yumurta sarısı və soyuq süd əlavə edilib yenidən yoğrulur klyonkaya sarınıb 1- 1,5 saata soyuducuya qoyulur.
Soyuducudan çıxarılan xəmir 0,5 sm qalınlıqda yayılır.
Piroq bişirilən forma bitki yağı ilə yağlanır,yayılmış xəmir formaya yerləşdirilir və kanarlara çıxan artıq xəmirlər kəsilir.
Xəmir 180 dərəcədə 15-20 dəqiqə bişirilir.
Pendirli iç hazırlamaq üçün 2 yumurta sarısı 125 qr pudra şəkəri və rəndələnmiş pendir qarışdırılır.Sonra bu qarışığa köpüklənənə qədər çalınmış 2 yumurta ağı əlavə olunur.
Şokalad və portağal qabığı rəndədən keçirilir,bişmiş piroq altına əvvəlcə dilimlənməç almalar,sonra da rəndələnmiş şokalad və portağal qabığı səpilir.
Ən sonda üzərinə pendirli qarışım əlavə olunur və 180 dərəcədə 15-20 dəqiqə bişirilir.
Piroq hazırdır.
Nuş olsun!