Tərkibi:
1 paket krem şanti (75 q)
1 st. süd
200 q peçenye
2 ədəd banan
1 st qovrulmuş fındıq (blenderdən keçirilmiş)
Şokolad sousu üçün:
Yarım st şəkər tozu
Yarım st süd
2.x.q kakao
50 q "Möcüzə" paket yağı
Üzəri üçün:
Fındıq
Hazırlanması:
Əvvəlcə şokolad sousunu hazırlamaq üçün yağdan başqa bütün ərzaqları qarışdırırıq. Odun üzərində qaynadırıq. Qaynayana yaxın yağı əlavə edirik. Bir az qatı olana kimi bişiririk. Sonra isə soyumağa qoyuruq.
Krem şantinin üzərinə südü əlavə edib mikserlə çalırıq.
Onun üzərindən də çəkilmiş fındıq tökürük. 2 saat soyducuda qaldıqdan sonra süfrəyə veririk. Şokoladlı şarlotumuz hazırdır.
Nuş olsun!