Tərkibi:
1.5 st mannı yarması
1 st süd
1 st su
150 qr "Möcüzə" paket yağı
1 st şəkər + 2 x.q şəkər tozu
1 ovuc qoz
Vanil
Darçın
Hazırlanması:
Mannı yarması, yağ və doğranmış qozu qovururuq.
Hardasa 30 dəqiqə ərzində rəngi tündləşənədək qovurmaq lazımdır.
Başqa bir qabda soyuq süd, su və 1 stəkan şəkər tozunu qarışdırırıq. Bu kütləni qovurdugumuz mannıya əlavə edirik.
Qaynada-qaynada dayanmadan qarışdıraq.
10 dəqiqəyə su tamam çəkilir. Quruduğunu görüb ocağı söndürürük və 2 qaşıq şəkər tozunu üzərinə səpib, soyumasını gözləyirik.
İçi dərin qaşıq, yaxud kiçik həcmli çömçə ilə az-az götürüb boşqaba düzürük.
Üzərinə darçın səpib nuş edirik.