Qadin.NET / Umac halvası (foto resept)

Umac halvası (foto resept)

Tərkibi:
600 q kərə yağı
umac üçün;
1kq un
bir çimdik  Azərduz yodlu narın xörək duzu, 
200-300qr su

şirə üçün;  
1kq pesok  
0,5 l su  
1 ç.q sarikök,
hil və limon suyu
 
 
  Ən əvvəl pesokla suyu şirə üçün qaynatmaq lazımdır. Qaynayan kimi eyni miqdarda olmaqla sarıkök, hil və limon suyunu əlavə edib, kənarda soyutmaq lazımdır.
 
Sonra isə ələnmiş  una duzu   əlavə edib asta-asta  suyu unun üstünə səpə-səpə, əllə ovuşduraraq, umac hazırlanır.
 

Hazırlanmış umac aşsüzəndən əllə sürtərək keçirtmək lazımdır.
 

 

Aşsüzəndən keçən umacı ələmək, ələnmiş umacı 20 dəqiqə qurudmaq lazımdır. Ələnmiş umacdan bir boşqab un çıxmalıdır.
 

 

Qızmış yağa qurumuş umacı töküb qovurmağa başlanmalıdır.
 

Qaşıqla yumurlanmasın deyə umacı  əzə-əzə qarışdırmaq lazımdır.
 

  Qızılı rəngə çatanda umaca unu əlavə edib, yenidən qovurmaq lazımdır. 


Şirənin əlavə olunmasının dəqiq vaxtını bilmək üçün umacdan 1 qaşıq şirənin üstünə tökmək lazımdır. Həmin an umac cızz edib qaynayarsa, demək şirəni tökmək olar.
 


Şirəni yaxşı-yaxşı qarışdırıb nimçələrə çəkirik.
Zövqə görə üstünə qoz və ya kokosla bəzəmək olar.
 

 

''Halva-halva deməklə ağız şirin olmaz"  atalar sözünün müəllifi  umac halvasını yeyəndən sonra dediyinə,  umac halvasını bişirə bilənlər inanacaq.
 
         

Nuş olsun!
30 yanvar 2011
GO BACK