Tərkibi:
Alma - 2 ədəd
Hamburger çörəyi və ya şəkərsiz bulka - 2 ədəd
Yumurta - 2 ədəd
Süd - 100 q
"Wellington" kərə yağı - 20 q
Bal - 1 x.q
Darçın - 1 ç.q
Duz - 1 çimdik
Hazırlanması:
Alma yuyulur, qabığı soyulur, toxumu təmizlənir və kub şəklində doğranır.
Alma kərə yağında zəif odda qızardılır, yumşalandan sonra üzərinə darçın əlavə olunur və bir az da saxlanır. Üzərinə bal əlavə edilib qarışdırılır və atəşdən götürülür.
Yumurta süd və duzla çalınır, çörəklər 3 saniyə bu qarışıqda isladılır və ikitərəfli tavada qızardılır.
Qızarmış çörəklərin üzərinə almalı içlik qoyulub servis edilir. Yanında dondurma ilə də servis etmək olar.
Nuş olsun!
(tərcümə edilib)