8 yumurta
8 çay qaşığı un
0,5 st. şəkər tozu
Azərduz yodlu narın xörək duzu
Bəzək və yumşaqlıq üçün:
5 x.q. şəkər tozu
Üzəri üçün:
500 qr kəsmik
3 x.q şəkər
1 ç.q. jelatin
60 qr çiyələk soku
Meyvələr(1 kivi,1 banan,1 şaftalı,30 toxumsuz kiş-miş)
Biskvit bişirilən qab yağlanır və yapışmaması üçün üzərinə un səpilir.
Xəmir üçün əvvəlcə yumrutaların sarısı şəkərlə çırpılır.Sonra Yumrtaların ağları da ayrı bir
qabda köpüklənənə qədər çırpılır və üzərinə əvvəlki qarışım və un əlavə edilib yenə çırpılır.
Əldə edilən xəmir hazırladığınız qaba tökülüb 180 dərəcədə 20-25 dəqiqə bişirilir.
Soyuduqdan sonra biskvit 2 və ya 3 hissəyə ayrılır.Çiyələk soku ilə azca nəmləndirilir.
Bu arada biskvitin arası üçün krem hazırlanır.Şəkər tozu və qaymaq krem halına gələnə qədər çırpılır.
Biskvitin birinci kəsiyinə krem yaxılır,meyvə dilimləri ilə bəzədilir,sonrakı biskvit kəsiyinin hər iki tərəfi kremlənir,
və birinci biskvitin üzərinə qoyulur.
Üstünü bəzəmək üçün əvvəlcə meyvə dilimləri qoyulur,sonra çiyələk sokunda əridilmiş jelatin tökülür.