Xəmir üçün:
"Wellington" kərə yağı - 227 q
Şəkər kirşanı - 85 q
Yumurta - 1 ədəd
Vanil - 1 çay qaşığı
Ələnmiş buğda unu - 250 q
Duz - 1 çay qaşığı
Karamel üçün:
Südlü yumşaq irislər - 450-500 q
Süd - 2 xörək qaşığı
Duz - 1 çimdik
Şokoladlı qlazur üçün:
Damla şokolad - 240 q
Hazırlanması:
Bir qaba yumşaldılmış kərə yağını və şəkər kirşanını töküb mikserin orta dərəcəsində 10 dəqiqə çalırıq.
İndi keçirik içliyimizi hazırlamağa. Karamelləri soba üçün olan qaba tökürük. Üzərinə su və duz əlavə edirik. Mikrodalğalı sobaya 1 dəqiqəlik qoyuruq. 1 dəqiqədən sonra götürüb qaşıqla qarışdırırıq.
Daha sonra yenə 3-4 dəqiqəlik mikrodalğalı sobaya qoyuruq ki, daha yaxşı əriyib qarışsınlar.
Daha sonra soyumuş karameli hazır olan korjumuzun üzərinə tökürük. Otaq tempraturunda bir müddət qalıb soyuduqdan sonra 7-10 dəqiqəlik soyuducuya qoyuruq.
Şokoladlı qlazurumuzu hazırlayırıq. Bunun üçün şokoladların bir hissəsini bermari üsulu ilə əridirik.
Əridikdən sonra digər hissəsini də üzərinə töküb əridirik.
Şokoladları qaynamağa qoymamalıyıq. 10 dəqiqə əriməsi üçün bəs edəcək.
(Tərcümə olunub)