Qadin.NET / Tərəvəzli, ətli zapekanka (foto resept)

Tərəvəzli, ətli zapekanka (foto resept)

Tərkibi:

500-600 qr çəkilmiş ət

3 ədəd badımcan

1 ədəd qabaq

2 ədəd soğan

3-4 ədəd pomidor

4 ədəd bibər

200-250 qr holland pendiri

4-5 diş sarımsaq

0,5 dəstə keşniş

0,5 dəstə reyhan

Bitki yağı

Duz

İstiot

Hazırlanması:

Badımcan, qabaq, bibər dilimlənib tavaya yığılır, üzərinə duz, istiot səpilir, bitki yağı gəzdirib sobaya bişməyə qoyulur.

Tərəvəzli, ətli zapekanka (foto resept)
Soğan doğranıb yağda qovrulur, üzərinə şəkilmiş ət əlavə edilib qızardılır.
Tərəvəzli, ətli zapekanka (foto resept)
Üzərinə xırda doğranmış pomidor, sarımsaq, keşniş, reyhan, duz, istiot əlavə edilib qarışdırılır.
Tərəvəzli, ətli zapekanka (foto resept)
Formaya əvvəlcə bişmiş tərəvəzlər düzülür, üzərinə bişmiş qiymə sərilir, holland pendiri sürtgəcdən keçirilib səpilir.
Tərəvəzli, ətli zapekanka (foto resept)
Təkrar üzərinə bişmiş tərəvəzlər düzülüb, üzərinə holland pendiri səpilir.
Tərəvəzli, ətli zapekanka (foto resept)
180-200 dərəcədə 15-20 dəqiqə ərzində hazır olana qədər sobada bişirilir.
Tərəvəzli, ətli zapekanka (foto resept)
Tərəvəzli, ətli zapekankamız hazırdır.
Tərəvəzli, ətli zapekanka (foto resept)
Nuş olsun!
                                                                                                  (Tərcümə edilib)
7 aprel 2014
GO BACK