Tərkibi:
300 qr can əti
10-15 ədəd qaysı
1 ədəd balaca yerkökü
1 ədəd soğan
1 ədəd yumurta
0.5 dəstə cəfəri
Suxari
Duz
İstiot
Bitki yağı
Hazırlanması:
Ət maşınından ət iki dəfə keçirilir.
Çəkilmiş ətə duz, istiot və yumurta əlavə edib yaxşı qarışdırılır.
Soğan xırda doğranıb bitki yağında qovrulur (çox qızardılmır).
Yerkökü təmizlənib sürtkəcin xırda gözündən keçirilir.
Qovrulmuş soğan və yerkökü çəkilmiş ətə əlavə edilib yaxşıca qarışdırılır.
Qaysı təmiz yuyulur, cəfəri xırda doğranır.
Keks qabları bitki yağı ilə yağlanıb suxari səpilir.
Hər keks qabına ət qiyməsindən qoyulur.
Üzərinə doğranmış cəfəri və qaysı qoyulur.
Ət qiyməsi ilə qaysının üzəri örtülür.
Üzərinə suxari səpilir.
Əvvəlcə 180 dərəcədə, sonra 160 dərəcədə hazır olana qədər sobada bişirilir.
Qaysılı, ətli keksimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)