Tərkibi:
6 ədəd kiçik alma
4 st. şəkər tozu
2 st. su
2 x.q limon suyu
Sirkəli su
Taxta çöplər
Qırmızı qida boyası
Hazırlanması:
Almaları sirkəli suda 30 dəqiqə saxlayırıq. Sonra yuyub, qurulayıb, soyuducuya qoyuruq.
Sonra çöp şişləri yaxşıca batırırıq, ancaq elə edirik ki, digər tərəfdən çıxmasın.
Şəkər, su və limon suyunu qaba əlavə edib qaynadırıq.
Bir az qaynayandan sonra qida boyasını əlavə edirik. Üzərində köpüklər olacaq, onları qaşıqla götürürük.
Hazır olmağını bilmək üçün şərbətdən bir damla stəkana damladırıq, top halında aşağı enirsə, demək hazırdır.
Şərbətin altını söndürmürük, almaları fırladaraq şərbətə bulayırıq.
Almaları şərbətdən çıxaranda qazanın kənarına sıyırırıq və yağlı kağızın üzərinə düzürük, 1 saat beləcə qalır.
Alma şəkərimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)