Tərkibi:
1 lt süd
10 x/q şəkər tozu
10 x/q manna yarması
1 paket vanil
1 x/q kakao
Hazırlanması:
Südü bişirəcəyimiz qaba qoyub toz şəkər və manna yarması ilə bişiririk.
Qaynamağa başlayanda vanili əlavə edib, zəif odda 2-3 dəqiqə qaynadırıq.
Yarısını bir qaba qoyub içinə kakao töküb qarışdırırıq.
Keks qabını su ilə isladıb kakaolu qarışığı əlavə edirik.
Digər qabdakını da əlavə edib ilıq olmasını gözləyirik.
Daha sonra soyuducuya qoyuruq. Soyuyandan sonra çıxarıb kənarlarını bıçaqla ayırıb, genış bir qaba tərs çeviririk.
Dilimləyib nuş edirik.
(Tərcümə olunub)