Qadin.NET / Acılı əzmə (foto resept)

Acılı əzmə (foto resept)

Tərkibi:

3 ədəd pomidor

1 dəstə təzə soğan

1 dəstə cəfəri

1 yemək qaşığı acı bibər tomatı (şirin bibər tomatından da istifadə edə bilərsiniz)

Yarım stəkan "Zeytun Bağları" zeytun yağı

Yarım stəkan nar turşusu (limon suyu da qoyula bilər)

Duz

Hazırlanması:

Göyərtiləri yuyub incə doğrayırıq.

Acılı əzmə (foto resept)

 Dərin bir kasaya bibər sousunu, zeytun yağını qoyub yaxşıca əzirik.

Acılı əzmə (foto resept)

Pomidorların qabıqlarını soyub, çox incə doğrayırıq. Souslu qarışığa əlavə edib qarışdırırıq.

Acılı əzmə (foto resept)
Acılı əzmə (foto resept)

İncə doğradığımız göyərtiləri əlavə edib qarışdırırıq. Ən son nar turşusunu, duzu da qatıb yaxşıca qarışdırırıq.

Acılı əzmə (foto resept)
Nuş olsun!
(Tərcümə edilib)
3 mart 2014
GO BACK