Tərkibi:
4 ədəd banan (istəyə görə artıra da bilərsiz)
Şokolad
damla şokolad
Dondurma çubuqları
Hazırlanması:
Bananların qabığını çıxarıb iki hissəyə bölürük. Böldüyümüz hissənin birinə dondurma çubuğu keçiririk.
Digər hissəsini isə kiçik doğrayırıq.
Şokoladı əridib, doğradığımız bananları əzib içinə qatırıq.
Çubuqlu bananları həmin şokolada bulayıb, üzərinə damla şokoladları səpib donması üçün dondurmaya qoyuruq.
Nuş olsun.
(Tərcümə edilib)