Tərkibi:
1.5 st. tumu çıxarılmış xurma
1 st. qoz
1 x.q. az yağlı kakao
2 x.q. ilıq su
(İstəsəniz 1 ç.q. darçın da vura bilərsiniz)
Bəzəmək üçün:
Kokos
Hazırlanması:
Xurma və qozu blenderdən keçiririk.
Sonra kakao və suyu əlavə edib qarışdırırıq.
Yumru edib kokosa batırırıq.
Sonra soyuducuda saxlayırıq.
Pəhriz şokoladımız hazırdır.
Nuş olsun!