Qadin.NET / Çərəzli şokolad (foto resept)

Çərəzli şokolad (foto resept)

Tərkibi:

200 qram südlü və ya acı şokolad

50 qram ağ şokolad

100 qram müxtəlif çərəzlər

30-40 qram qurudulmuş quşüzümü

Hazırlanması:

 Südlü şokoladla ağ şokoladı ayrı-ayrılıqda buxarda əridirik.

Ərinmiş südlü şokoladı 3-5 mm şəklində perqament kağızının üzərinə töküb yayırıq. Üzərinə çərəzləri və quşüzümlərini səpirik.

Ərinmiş ağ şokoladı sellofana tökürük, ucunu kəsirik və fındıqların üzərindən xətt-xətt gəzdiririk.

Şokolad plitkanı bərkimək üçün 10-15 dəqiqəlik soyuducuya qoyuruq. Daha sonra parçalara ayırırıq.

Nuş olsun!

(Tərcümə edilib)

12 yanvar 2014
GO BACK