Tərkibi:
Hazır keksin yarısı
250 qr qatı xama və ya yoqurt
2 st şəkər pudrası
(meyvənin dadına görə artıra bilərsiniz)
Çiyələk, böyürtkən və ya şaftalı
Hazırlanması:
Çiyələkləri yuyub yaxşı quruduruq. Blenderə töküb üzərinə 1 st şəkər pudrası əlavə edirik.
Blenderdə çox sulandırmadan əzirik (qatı bir sous olacaq).
250 qr yoqurta 1 st şəkər pudrası əlavə edib krem kimi olana qədər çırpırıq.
Hazır keksi xırda hissələrə bölüb servis edəcəyimiz qablara qoyuruq. Üzərinə hazırladıgımız kremi əlavə edib qarışdırırıq.
Üzərinə blenderdə çəkdiyimiz meyvəmizi yayırıq.
Bunu yeyilməzdən bir gün əvvəl də hazırlaya bilərsiz, dərhal sonra da yeyə bilərsiz.
Keksin digər yarısını isə başqa formada boyürtkənlə hazırlayırıq.
Nuş olsun!
(Tərcümə edilib )