Tərkibi:
1 paket yulaflı peçenye
3 yemək qaşığı "Wellington" kərə yağı
1 stəkana yaxın fındıq
1 paket vanilli pudinq
1 paket çiyələk ya da naringi jelesi (istədiyiniz meyvə şirəsi ola bilər və nişastayla özünüz də jele hazırlaya bilərsiniz)
1 yumurta sarısı
1 paket vanil
Hazırlanması:
Yulaflı peçeniyeni blenderdən keçiririk.
1 su stəkanına yaxın fındığımızı da blenderdın keçirib un kimi edirik.
3 qaşıq kərə yağımızı bir tavada əridirik.
Blenderdən keçirdiyimiz peçeneyelərimizə qatırıq. Un kimi olan fındığımızı da əlavə edib yaxşıca yoğururuq.
Qandallı keks qəlibimizə töküb əlimizlə yaxşıca basdırırıq.
Vaxtınız varsa, bir müddət soyuducunda saxlayın. Vanilli pudinqimizi üzərində yazıldığı kimi - yarım stəkan az südlə, içinə bir yumurta sarısı və vanil əlavə edib bişiririk.
Yaxşıca basdırdığımız biskvitlərin üzərinə pudinqimizi töküb soyuduruq.
1 paket çiyələk jelemizi üzərində yazıldığı kimi bişiririk.
Soyuyan pudinqimizin üzərinə töküb qəlibindən çıxarırıq.
Nuş olsun!
(Tərcümə edilib)