Qadin.NET / "Krep" - axıtma (foto resept)

"Krep" - axıtma (foto resept)

Tərkibi

Krep xəmiri üçün:

4 ədəd yumurta

4 stəkan un

2 stəkan yarım süd

2 stəkan su

2 qaşıq duru yağı

duz

Üzəri üçün:

Yarım kiloya yaxın qiymə

2 ədəd iri soğan

3 ədəd pomidor

10 ədəd bibər

duz

1 çay stəkanı  "Zeytun Bağları" zeytun yağı

Hazırlanması:

Əvvəl içinə qoyacağımız qiyməli içliyi bişirək. İri bir tavaya yağı qoyub, incə-incə doğradığımız soğanları  bir az qovururuq.

"Krep" - axıtma (foto resept)

Bibərləri də incə-incə doğrayıb onları da soğana əlavə edirik

"Krep" - axıtma (foto resept)

 Bir az da qovurub qiyməni əlavə edirik.

"Krep" - axıtma (foto resept)

Qıymamız da qovrulunca 3 dənə soyub, quşbaşı doğradığımız pomidorlarımızı, üzərinə duzunu da əlavə edib bişiririk.

"Krep" - axıtma (foto resept)

İçliyi kənarda bir az soyumağa qoyulur.

"Krep" - axıtma (foto resept)

İndi krep xəmirini hazırlayırıq. Dərin bir qaba 4 yumurtanı qırırıq. 4 stəkan un, 2 stəkan yarım süd, 2 stəkan su, 2 qaşıq duru yağ, duz əlavə edirik. (yarım stəkan suyu ən sonda əlavə edin. duruluğuna baxın).

"Krep" - axıtma (foto resept)

Krep tavasını ocağa qoyub bir çay qaşığı duru yağ əlavə edib istilədiririk (arada yağlayın kreplər yapışmasın). 1 çömçə krep xəmirindən tavaya yayaraq qoyub bişiririk.
Bişən krep xəmirini çeviririk.

"Krep" - axıtma (foto resept)
"Krep" - axıtma (foto resept)

Bişən krep xəmirini düz geniş bir qaba qoyuruq.

"Krep" - axıtma (foto resept)

Bir yemək qaşığı dolu içlikdən krebin üzərinə yayırıq.

"Krep" - axıtma (foto resept)

Sıra ilə bütün xəmiri bişirib qiyməli içliyi yayıb üst-üstə qoyuruq.

"Krep" - axıtma (foto resept)

Qiymə çatmasa, kreplərin içinə pendir də qoya bilərsiniz. Yeyərkən rulet kimi edib nuşla yeyirik.

"Krep" - axıtma (foto resept)


(Tərcümə edilib)

29 noyabr 2013
GO BACK