Tərkibi:
6-7 ədəd yaşıl alma
200 q qoz ləpəsi
150- 200 q qaysı və ya kişmiş
1 x/q şəkər tozu
0,5 ç/q darçın
1 ədəd limon
Hazırlanması:
Qoz ləpəsi, qaysı, şəkər tozu, darçın blenderdən keçirilir.
Dərin bir qaba su əlavə edib limonu sıxırıq.
Yuyulmuş almaları şəkildəki kimi kəsib tumluq hissəsini ehmalca çıxarıb qaralmaması üçün limonlu suya qoyuruq.
Hazırladığımız içlik almalara doldurub qapağını bağlayıb kiçik fincan və ya sobada istifədə ediləcək formaya qoyulur.
Buxar qazanında 20-30 dəqiqə (alma yumşalana qədər) bişirilir.
Almalı desertimiz hazırdır.
Nuş olsun!
(tərcümə edilib)