Xəmir üçün lazım olan ərzaqlar:
200 ml süd
3 yumurta
200 q şəkər
150 qr. "Wellington" kərə yağı və ya marqarin
10 qr. quru maya (və ya 25 yaş)
700-800 qr. un
İçlik:
Qoz
Alma
Mak
Şəkər
Hazırlanması:
Südü qızdırırıq, bura 1 xörək qaşığı maya əlavə edilir.
150 qr. un əlavə edib qarışdırırıq.
Oparanı hazırlayıb gözləyirik (bunun üçün 15-20 dəqiqə vaxt gedir).
Yumurta ilə şəkəri qarışdırırıq.
Yumurta ilə şəkəri qarışdırdıqdan sonra oparanın üstünə əlavə edirik.
Yumşadılmış yağ əlavə edib qarışdırırıq.
300-350 q un əlavə edib yoğururuq.
Bir qaba isti su töküb xəmirimizi onun içinə qoyuruq.
Xəmirin gəlməsi üçün 30-40 dəqiqə gözləmək lazımdır.
Xəmir gəldikdən sonra ona un əlavə etmək lazımdır ki, xəmir bərk olsun.
Xırdalalanmış badamın üstünə şəkər əlavə edirik.
Alma təmizlənir, kubik şəklində doğranılır.
Yaydığımız xəmiri 8 üçbucaq formasında kəsirik.
Hər bir içlikdən 1 xörək qaşığı qoyuruq.
Mutakiləri bükürük.
Mutakiləri yağlı listə yığırıq.
180 dərəcədə 20-25 dəqiqə bişiririk.
Mutakilər hazırdır!