Tərkibi:
150 qr düyü
450 qr toyuq filesi və ya çəkilmiş ət
2 ədəd yumurta
1 ədəd balaca badımcan
1 ədəd balaca qabaq
1 ədəd balaca kök
1 ədəd bolqar bibəri
0,5 dəstə cəfəri
Duz, istiot
Sous üçün:
3-4 x/q bitki yağı
3 diş sarımsaq
İstiot
Üzərinə:
1 ədəd yumurta
100 ml qaymaq
Duz, istiot
Hazırlanması:
Ət və ya toyuğun döş əti blendirdən və ya maşından keçirilir.
Üzərinə yumurta əlavə edib, yaxşıca qarışdırırıq.
Düyü bişirilib süzülür və soyudulur.
Cəfəri xırda doğranılıb düyü və çəkilmiş ətlə birlikdə duz, istiot vurularaq ehmalca qarışdırılır.
Forma yaxşıca yağlanır, hazır qarışıq hərtərəfli formaya yayılır.
Badımcan, qabaq, kök, bibər yuyulub gördüyünüz kimi nazik lentlər kəsilir.( kök 1 dəqiqə qaynar suda saxlanılır )
Hazır lentləri gül formasında gördüyünüz kimi rəngarəng formada yığırıq. ( azca batırırıq düyüyə )
Sarımsağı sürtkcəcdən keçirib, üzərinə yağ və istot əlavə edib yaxşı qarışdırırıq.
Sousu üzərinə fırça ilə hərtərəfli yayırıq.
Yumurta, qaymaq, duz, istiot yaxşıca çəngəllə qarışdırılır.
Hazırladığımız qarışığı zapekankanın üzərinə hərtərəfli yayırıq.
180-190 dərəcədə, 45 dəqiqə ərzində hazır olana qədər sobada bişirilir.
Düyülü zapekankamız hazırdır.
Nuş olsun!
( tərcümə edilib )