Tərkibi:
150 q badam
100 q şəkər kirşanı (və ya şəkər tozu)
1 x.q limon şirəsi
Bəzək üçün:
Meyvə qurusu
Şokolad
Hazırlanması:
Badamı təmizləmək üçün 1-2 dəqiqəlik qaynar suya qoyuruq. Sonra təmizləyirik.
Təmizlənmiş badamı blendrə tökürük.
Blendrdə çəkirik.
Limon şirəsi əlavə edirik.
Şəkər tozunu əlavə edib, bu şəklə gətiririk.
Şokoladı əridirik.
Kütləni qoz boyda yumrulayırıq.
Əritdiyimiz şokoladı topların üstünə əlavə edirik.
Bəzəmək üçün meyvə qurularından istifadə edirik.
Şokoladımız hazırdır!
Nuş olsun!