Qadin.NET / Küləkə (foto resept)

Küləkə (foto resept)

Bu resepti qaynanam mənə öyrədib, çox ləzzətli çörəkdir. Əminəm ki, siz də, uşaqlarınız da sevəcək bunu.

Lazım olan ərzaqlar:

 Xəmirə:

1 lt süd

1 paçka maya

1 çay qaşığı şəkər tozu

1 xörək qaşığı Azərduz yodlu narın xörək duzu,

təxminən 100 q kərə yağı (əvəzində1 şüşə stəkan duru yağ da olar)

2 kq un

Üzərinə:

 1-2 yumurta

çörək zəfəranı

çörəyin üzərinə vurulan ağ və qara toxumlar

Hazırlanması:

 Yuxarıda sadalananları böyük qaba əlavə edib xəmir yoğurun (əlinizi duru yağla yağlayın ki, xəmir əlinizə yapışmasın) və isti yerdə ən azı 1 saatlığına xəmirin qalması üçün saxlayın. Xəmir əmələ gəldikdən sonra onu təxminən 2 ovuc boyda kündələrə ayırın. 

Küləkə (foto resept)

Sonra bir kündəni götürüb əlinizi yağlayıb bir əldən o biri ələ sanki ata-ata açın, sonra list boyda duxovka kağızının üzərində əllərinizlə kənarlarını açın
 
Küləkə (foto resept)
 

Küləkə (foto resept) 

Yumurtadan hazırlanmış qarışığı üzərinə vurun 

Küləkə (foto resept)
 

Küləkə (foto resept) 

Qızdırılmış duxovkaya qoyub 300 dərəcədə 5-10 dəqiqə bişirin.Üstü qırmızı olduqda hazırdır. 

Küləkə (foto resept) 

Bir çörək bişənə qədər yenə bir başqa o cür kağızın üzərində çörəyi düzəldin eyni qaydada, bu biri çörək hazır olduqdan sonra onu çıxardıb yerində ikinci kağızda olan çörəyi qoyun bişməyə və o bişdikcə təkrarən birinci kağızın üzərində 3-cü çörəyi hazırlayın və s. bu qaydada növbə ilə çörəklərinizi bişirin. 

Küləkə (foto resept)
Nuş olsun!
4 dekabr 2010
GO BACK