Qadin.NET / Tort bəzəyi üçün şokolad necə hazırlanır?

Tort bəzəyi üçün şokolad necə hazırlanır?

Tortların üzərində tez-tez müxtəlif formalı şokoladlarla rastlaşırıq. Həm tortların, həm də müxtəlif desertlərin və dondurmaların üzərinə vurulan bu şokolad parçalarını hazırlamaq o qədər də çətin deyilmiş.

İstədiyiniz şokolad növünü bir qaba qoyun və üzərinə bir az marqarin yağı əlavə edin.

Bunları əridin və yaxşıca qarışdırın.

Düz bir siniyə tökün və yayın.

Soyuducuya qoyun və donmasını gözləyin.

Barmağınızı vuraraq donub, donmadığını müəyyənləşdirə bilərsiniz. Sonra isə bıçaq və ya saptulanın yardımı ilə şokoladları qoparın.

9 oktyabr 2013
GO BACK