Qadin.NET / Rahat-hulqum (foto resept)

Rahat-hulqum (foto resept)

Lazım olan ərzaqlar:
Şəkər məlhəmi üçün:
1 çay qaşığı limon duzu
200 ml su
4 stəkan şəkər tozu
Nişasta üçün:
1çay qaşığı limon duzu
3 stəkan qaynanmış su
 200 q qarğıdalı nişastası 
Əlavə üçün:
5 ml "Best Cow" kərə yağı(əridilmiş)
30 q ananas
40 q nişasta
50 q badam (qoz və ya fındıq da ola bilər)
100 q şəkər kirşanı
Badamı əvvəlcədən təmizləyib, çox da xırda olmamaq şərtiylə doğrayırıq. Sonra ananası təmizləyib dörkünc formada doğrayırıq.
Qazana suyu, şəkər tozunu, limon duzunu töküb vam odda qarışdıraraq şəkəri əridirik. Sonra qapağını örtüb 5-6 dəqiqə qaynadırıq.
Yenə də qapağı götürüb qarışdırırıq, bu şirəni hazırlamaq 15-17 dəqiqə çəkməlidir. Qaşıqda azca şirədən götürüb soyuq suya salırıq. Əgər bir neçə saniyədə bərk, şəffaf karamel yaranırsa, o zaman şirəmiz hazırdır. Yenidən qapağını örtürük.
İndi isə nişasta pastasını hazırlayaq. Qazanda limon duzunu, qarğıdalı nişastasını suyu vam odda qarışdıraraq qaynara düşənə qədər bişiririk. Hazırladığınız qarışıq çalışın çox bərk olmasın.
Sonra əvvəldə hazırladığınız şirəni yavaş-yavaş qarışdıraraq bunun üzərinə əlavə edin. Yenə vam odda azca hər ikisini birlikdə qaynadırıq.
Sonra atəşi söndürürük və ananasla badamı əlavə edib qarışdırırıq.
Rahat-hulqumu hansı qaba tökəcəksinizsə, onu da qabaqcadan yağlayıb hazır saxlayın. Hazırladığınız qaba töküb, üzərinə nazik sellofan sərin və bir gün sərin yerdə saxlayın, soyuducuya qoymaq olmaz.
Şəkər kirşanını və nişastanı ələkdə birlikdə ələyirik. Rahat-hulqumu 1 gün saxladıqdan sonra götürüb dördkünc formada doğrayırıq və ələdiyimiz şəkər kirşanına fırladırıq ki, hər tərəfi kirşanlı olsun.
Nuş olsun
(Tərcümə edilib) 
2 aprel 2016
GO BACK