Tərkibi:
4-5 ədəd nar
1 limon suyu
1 st şəkər tozu
4 st su
Nanə yarpağı
Hazırlanması:
Narları dənələyin.
Daha sonra suyunu sıxın. Ayrılmış narların bir hissəsini saxlayın ki, üstünə əlavə edəcəksiniz.
Su, şəkər tozu və nanə yarpağını qaynadın.
Və son olaraq nar və limon suyunu əlavə edərək şərbəti hazırlayın.
Bu qarışığı ayırdığınız nar dənələrinin üzərinə əlavə edərək hazır hala gətirin .
Nar şərbətimiz hazırdır.
Nuş olsun!