Tərkibi:
100 qr fındıq
50 qr ərik qurusu
30 qr bal
1 ədəd rəndələnmiş portağal qabığı
100 qr şokolad
Hazırlanması:
Fındıqları qovurub, qabıqdan təmizləyirik. Ərik qurusunu xırda doğrayıb, portağal qabığını sürtgəcin xırda gözündən keçiririk.
Üyüdülmüş fındıq və balı əlavə edib, qarışdırırıq.
Bitki yağını əlimizə vurub xırda toplar hazırlayırıq.Sonra topları əridilmiş şokolada batırırq.
2-3 saat ərzində soyuducuda saxlamaq lazımdır.
Şokoladlı yumuşaq qrilyajımız hazırdır.
Nuş olsun!
( tərcümə edilib )