Qadin.NET / Qəhvəli, damla şokoladlı parfe (foto resept)

Qəhvəli, damla şokoladlı parfe (foto resept)

Tərkibi:

1 paçka pasta kremi

1.5 st süd

2 ədəd yumurta ağı

3 x.q. şəkər tozu

0.5 ç.q. kakao

0.5 ç.q. qəhvə

200 qr. kakaolu peçenye 

1 st. doğranmış qoz

Yarım st. damla şokolad

Hazırlanması:

Əvvəla 1 paçka pasta kremi ilə südü mikserlə çalırıq, sonra qəhvə və kakaonu əlavə edib yenidən çalırıq.


2 yumurtanın ağını mikserlə çalırıq, qatı olana yaxın şəkəri əlavə edib beze edirik.

Sonra hazırlanmış pasta kreminin qarşığı ilə bezeni qarışdırırıq.

Peçenyeni doğrayırıq.

Sonra kremin üzərinə peçenyeni, doğranmış qozu və damla şokoladı töküb qarışdırırıq.

İstənilən formalı qaba selllofan sərib həmin qarışığı qaba tökürük. Üzərini sellofanla bağlayırıq və soyuducuya qoyuruq. 1 gecə qaldıqdan sonra soyuducudan götürüb süfrəyə verin.

Qəhvəli, damla şokoladlı parfemiz hazırdır.


Nuş olsun.

8 yanvar 2014
GO BACK