Qadin.NET / Şokoladlı yağ (foto resept)

Şokoladlı yağ (foto resept)

Tərkibi:

200 q "Wellington" kərə yağı

50 q şokolad

2 x/q kakao

2-3 x/q şəkər pudrası

Hazırlanması:

Yağ otaq temperaturunda olmalıdır. Əvvəlcə yumşaq yağ çalınır.


Şokolad su hamamında əridilir. Bərk olarsa, azacıq süd əlavə etmək olar.

Yumşaq yağ, şəkər pudrası və kakao  yaxşıca çalınır. Üzərinə əridilmiş şokolad əlavə edilib çalınır.


 Formaya əlavə edilib yayılır və üzərinə sellofan çəkilərək soyuducuda  saxlanılır.

Bərkidikdən sonra soyuducudan çıxarıb istifadə edə bilərsiniz.

Şokolad yağımız hazırdır.

Nuş olsun!

                                                                                                                             ( tərcümə edilib )

1 may 2014
GO BACK