Qadin.NET / Şokoladlı badam (foto resept)

Şokoladlı badam (foto resept)

Tərkibi:

400 qr badam

250 qr şəkər tozu
400 qr şokolad

 2/3 çay qaşığı üyüdülmüş darçın (zövqə görə)
Hazırlanması:

 Badamı tavaya tökərək  10-15 dəqiqə müddətinə 180 dərəcə qızdırılmış sobaya qoyuruq. Qızardılmış badamı,şəkəri,darçını qaba töküb üzərinə 60 ml su əlavə edirik. Vam odda qarışdıraraq bişiririk.Çalışın şəkər badamların hamısına hopsun,bunun üçün yaxşı qarışdırmaq lazımdır.

 

 

 

 

Hazır olandan sonra badamları bir-bir çıxarıb perqament kağızın üzərinə yığıb soyumasını gözləyirik. Badamların bir-birinə yapışmamasına çalışın.

 

 

Şokoladı mikrodalğalı sobada, ya da su hamamında əridirik. Badamları hazır şokoladın içinə töküb asta-asta qarışdırırıq ki, bütün badamlar şokolada bələnsin.

 

 

Daha sonra 2 çəngəllə onları bir-bir qabdan cıxardıb perqament sərilmiş qaba yığırıq.Şokoladı soyuyana qədər soyuducuda saxlayırıq, soyuyandan sonra buyurub çayla içə bilərsiniz. Onu da qeyd edim ki, bu badamları 1 aya qədər soyuducuda saxlamaq olar.

 


Nuş olsun!
3 aprel 2016
GO BACK